Yer kürəsinin daxili nüvəsi formasını dəyişib ?

Bölmə: Dünya › ,
Tarix: 16:46 15.02.2025

Cənubi Kaliforniya Universitetindən professor Con Vidalenin rəhbərlik etdiyi bir qrup alim, son 20 il ərzində Yer kürəsinin daxili nüvəsinin formasının dəyişmiş ola biləcəyini düşünür. Daxili nüvədəki deformasiya, maye xarici nüvə ilə təmas nəticəsində baş verə bilər.

 

Tədqiqat zamanı seysmik dalğaların analizi aparılaraq daxili nüvənin dinamikası haqqında yeni məlumatlar əldə edilib. Professor Con Vidalenin sözlərinə görə, ümumiyyətlə, daxili nüvənin kürə formasında olduğu güman edilirdi, lakin bəzi yerlərdə kənarlarının hündürlüyü 100 metr və ya daha çox dəyişmiş ola bilər.

 

Yer kürəsinin nüvəsi, yaratdığı maqnit sahəsi sayəsində planetimizin Günəşin radiasiyası ilə yanmasının qarşısını alır və bu səbəbdən də Yer kürəsinin ürəyi hesab edilir. Daxili nüvə maye xarici nüvədən və planetin qalan hissəsindən müstəqil şəkildə fırlanır. Bu hərəkət olmadan Yer kürəsi “ölər” və milyardlarla il əvvəl maqnit sahəsini itirərək çölləşmiş Marsa çevrilərdi. Tədqiqat “Nature Geoscience” elmi jurnalında yayımlanıb. Alimlər əslində Yer kürəsinin daxili nüvəsinin niyə planetin fırlanma sürətindən daha aşağıya yavaşladığını və 2010-cu ildə yenidən sürətləndiyini araşdırırdılar.

 

BBC
Bəşirova Əsmər