Putin ABŞ-yə Rusiya və Ukraynanın nadir minerallarını təklif edir

Tarix: 17:38 25.02.2025
Rusiya prezidenti Vladimir Putin ABŞ-yə Rusiyanın işğalı altında olan Ukrayna da daxil olmaqla nadir minerallara çıxışı təklif etməyə hazır olduğunu bildirib.
Televiziyaya verdiyi müsahibədə Putin Trampın Ukraynanın faydalı qazıntı yataqlarına daxil olmaq istəyinə qarşı çıxıb və deyib ki, onlar “xarici tərəfdaşlar”la, o cümlədən faydalı qazıntılar üzrə şirkətlərlə işləməyə hazırdırlar.
Putin nadir minerallar üzrə ABŞ-Ukrayna arasında potensial razılaşmanın narahatlıq doğurmadığını və Rusiyanın “şübhəsiz ki, vurğulamaq istəyirəm ki, Ukraynadan daha çox bu cür resurslara malik olduğunu”,-dedi.
Çərşənbə axşamı Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, "təklif olduqca geniş perspektivlər açır" və əlavə edib ki, ABŞ-nin nadir torpaq minerallarına ehtiyacı var.
Kremlin Rusiyanın təbii sərvətlərini əlində saxlamaqdan nə qədər qürur duyduğunu nəzərə alsaq, ABŞ-yə faydalı qazıntılara çıxış təklif etmək Putinin diqqətçəkən addımıdır.
Tramp bu ayın əvvəlində ABŞ-nin Ukraynaya hərbi və iqtisadi yardımının təqribən 500 milyard dollar təşkil etdiyini və o, ABŞ-nin Ukraynanın bu dəyərdə olan minerallara çıxışının olmasını istəyir.
Mənbə: BBC News
Nərmin Həşimova