Cinayətlərin müddəti və axtarış qaydaları-VƏKİL AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 15:48 26.02.2025

Əgər hansısa bir cinayətin törədilməsində təqsirkar olan konkret şəxs məlumdursa, onun haqqında cinayət işi başlayıbsa və həmin şəxs qaçıb gizlənibsə, cinayət işinin icrası dayandırılır.


Bu fikirləri “İnformator.az”a açıqlamasında vəkil Əkrəm Həsənov bildirib:
“Əgər cinayəti törədən şəxs məlum deyilsə, o zaman cinayətin törədilmə müddəti və cinayətin növü nəzərə alınır”.


Vəkil bildirir ki, yüngül, orta-ağır və xüsusilə ağır cinayətlər üçün müəyyən müddət tətbiq olunub:
“Axtarışın elan edilməsi üçün əsas məqam budur ki, cinayət törədiləndə ya caninin kimliyi məlum olmur, ya da həmin şəxs qaçıb gizlənir”.


Ə.Həsənov sonda qeyd edir ki, insanlıq və bəşəriyyət əleyhinə olan cinayətlərdə isə müddət tətbiq olunmur:
“Bu hal bütün dünyada belədir. Məsələn, Almaniyada cinayət törədən insanlardan kimsə tutulub, özü də 95-100 yaşlarında. Bütün bunlara baxmayaraq, onlara istintaqa cəlb olunur”, - deyə vəkil yekunlaşdırıb.


Əli Quliyev