“Bədəndə qan dövranını artırır”

Tarix: 18:36 26.02.2025
Soyuq ayaqlar xüsusilə qış aylarında və ya soyuq hava şəraitində tez-tez rast gəlinən bir problemdir. Lakin bu problem adətən orqanizmdə kifayət qədər qan dövranının olmamasından yaranır.
Canan Karatayın təklif etdiyi faydalı qidaları təqdim edirik:
Soyuq ayaqlara qarşı atılacaq ilk addımlardan biri bədəndə qan dövranını artırmaqdır. Adekvat qan axını ayaqlarınızı isti saxlayır və soyuq havanın mümkün təsirlərini azaldır.
Zəncəfil, termogen xüsusiyyətləri ilə tanınan ədviyyat növüdür. Bədəndə qan dövranını sürətləndirir, antioksidant xüsusiyyətləri sayəsində bədəni soyuq havanın mümkün zərərli təsirlərindən qoruyur və immunitet sistemini gücləndirir. Zəncəfili çay kimi içə və ya yeməklərinizdə istifadə edə bilərsiniz. Xüsusilə qış aylarında zəncəfil çayı içmək ayaqlarınızı isitməyin ən təbii üsullarından biridir.
Mənbə: Pembe nar
Nigar Səmədli