Davamlı öskürək üçün Çin resepti

Bölmə: Maraqlı › ,
Tarix: 18:56 26.02.2025

Bəzi səbəblərdən  yaranan bəlğəmli öskürək boğaz ağrısının yan təsirlərindən biridir. Xəstəlik yaxşılaşsa da, öskürək davam edə bilər. Bu məqamda çinlilərin təbii dərmanı naringidir.

 

Qış aylarında artan xəstəliyin əlamətləri adətən öskürək və soyuqdəymə kimi özünü göstərir. Tənəffüs sisteminin yaratdığı bu problemləri təbii şəkildə aradan qaldırmaq üçün qış meyvələrindən faydalana bilərsiniz.

Çin təbabətində öskürəyi anında dayandıran bir üsul olaraq tanınan və geniş şəkildə istifadə edilən naringi müalicəsi son zamanlar maraq doğurur. Üstəlik, asanlıqla hazırlana və istehlak edilə bilən bir reseptdir.

C vitamini ilə zəngin olan naringi immunitet sistemini gücləndirir və tərkibindəki antioksidantlar sayəsində infeksiyalara qarşı mükəmməl mübarizə aparır. Şirin-turş dadı ilə boğazda təravətləndirici təsir buraxır. Kiçik əlavələr sayəsində daha da şəfalı olacaq.

 

Mənbə: Pembe nar

Nigar Səmədli