Türkiyə Ukraynaya bir ümid olacaqmı?

Tarix: 22:00 14.03.2025
Zelinski Türkiyəyə sığınıb. O Avropa üçün köməyi artıq Türkiyədə axtarır. Türkiyənin də danışıqlar masasına oturmasını istəyir, hətta onun Ərdoğanın çətiri altına sığındığını görürük.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "informator.az"a açıqlamasında bildirib ki, Ukrayna öz əsas hərbi maliyyə dəstəyi olan Amerika Birləşmiş Ştatlarından məhrum olduqdan sonra Ukrayna mümkün olan, yerdə qalan bütün müttəfiqlərlə əlaqə yaratmağa və dəstək almağa çalışır:
"Bunda Ukraynanın haqlı tərəfləri var. Çünki Ukrayna düşünür ki, Rusiya qarşısında əks halda davam gətirə bilməyəcək. Ona görə də yeni müttəfiqlər axtarır və burda Türkiyə xüsusi əhəmiyyətə malikdir. Çünki Türkiyə 1. yüksələn gücdür, 2.Regionda və yaxın Şərqdə kifayət qədər oyun qurucu mövqəyə yüksəlmiş bir dövlətdir. Daha bir məsələdə Rusiyaya qarşı durmada uğurlu nümunələri var, istər Qafqazda, istər Qarabağ müharibəsində, istərsə də Suriya müharibəsində və Liviya müharibəsində Rusiya ilə qarşı-qarşıya gəlib çəkinmədən və bir çox hallarda uğurlara imza atıb. Ona görə Türkiyəyə Ukraynanın bu şəkildə yanaşması əslində məqsədə uyğundur. Digər məsələ burda aydın məsələdir ki, Ərdoğan danışıqlar masasına oturacaq deyildir. Ərdoğan danışıqlar masasını təşkil edə bilər. Bundan əvvəl əslində təşkil ediblər məhz İstanbul görüşündən sonra faktiki olaraq Rusiya Kiyev, Xakovdan qoşununu geri çəkib. Atəşkəsin əldə olunması gözlənilirdi, amma son məqamda Britaniyanın birbaşa müdaxiləsi Baş Ştatların Kiyevə gedib orda poz verməsi Ukraynanın dolması deməsi müharibənin davam etməsinə səbəb oldu. Ukrayna faktiki olaraq atəşkəsdən imtina etdi. Ancaq indi ola bilsin ki, pis və ağır şərtlərlə Ukrayna atəşkəsi imzalaya bilər".
O həmçinin açıqlamasında bildirib ki, burada başqa bir məsələ daha var, Avropa burda sadəcə olaraq yalnız qalıb:
"Çünki Avropa əvvəllər müharibəyə qarşı idi. ABŞ və Böyük Britaniya müharibədə aktiv iştirak etmək istəyirdilər. İndi isə görünən odur ki, burda faktiki olaraq ABŞ geri çəkildikdən sonra Avropa İtiffaqı Rusiya qarşısında bu məsələdə özünü tənha hiss edir. Ona görə də maksimum yeni güclər qatmağa çalışır. Burada Türkiyə də öz gedişini elədi.Türkiyə prezidenti bildirdi ki, Avropa İtiffaqı bir böhrandadır və bu böhrandan çıxmağın yeganə yolu Türkiyəni İtiffaqa qəbul etməkdir. Əks halda böhran davam edəcək və burdan çıxa bilməyəcək Ərdoğan belə bir aşıqlama verdi və Avropa komissiyasının keçmiş rəhbəri Donald Tasda bununla bağlı Ərdoğanın mövqeyini dəstəklədiyini bildirdi. Ona görə Türkiyə mövqeylərini gücləndirəcək təkcə Ukrayna nəzdində deyil həm də Avropa İtiffaqı nəzdində də, çünki Türkiyə faktiki olaraq NATO-nun ən güclü ordusuna sahib olan ikinci ölkəsidir. Ona görə də belə bir addımda Avropanın Türkiyəyə olan ehtiyacı artır və Türkiyə bundan maksimum istifadə etməyə çalışacaq".
Ayşən Səlimova