“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması adlı layihəsi öz işinə başladı
Bölmə: MEDİA › ,Tarix: 13:53 23.12.2015
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması adlı layihəsi öz işinə başladı. Məqsəd gənclərə vətəndaş jurnalistikasının formalaşdırılması qaydalarını, sosial media alətlərindən səmərəli istifadə üsullarını, onların sosial aktivliyini artırmaq və bir vətəndaş kimi əldə etdikləri informasiyanı düzgün çatdırmaq yollarını öyrətməkdir. Layihə çərçivəsində müxtəlif təhsil olacaqlarından (BDU, BSU, ADİU) olan tələbərə seminarların, debat klublarının, tanınmış jurnalistlərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Tələbələrin dərslərini nəzərə alaraq, seminarların hər həftənin şənbə günü, saat 10:00-dan - 12:00-dək keçirilməsi planlaşdırılır. Təlimlərə qatılmaq istəyənlər layihənin baş tutacağı ünvanı, maraqlı qalan digər məlumatları və qeydiyyata düşmək üçün (055) 538 - 60 - 14 nömrəsi ilə əlaqə saxlasın. Dekabr ayının 24-ü son qeydiyyat günüdür. TƏLİMLƏR ÖDƏNİŞSİZ HƏYATA KEÇİRİLİR. Təlimlərdə fərqlənən gənclərin mükafatlanacaqdır. Tələsin. Yerlər məhduddur. Məzunsunuzsa tanıdığınız tələbələri dəvət edə bilərsiniz.