Şəmkirdə qəhramanların tanıdılması üçün məktəblilərin rəsm sərgisi təşkil olunacaq
Bölmə: Mədəniyyət › ,Tarix: 14:25 24.12.2015
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə Şəmkir şəhəri orta təhsil müəssələrinin şagirdləri arasında “Fotolardakı Qəhramanlarım” adlı layihəsiə start verilib. Tədbirdə “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev, Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və şəhər gəncləri iştirak edib.
Layihənin əsas məqsədi Azərbaycanın milli qəhrəmanları, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması və gənclərdə vətənpərvərlik ruhunun təbliğ edilməsidir.
“Fotolardakı qəhrəmanlarım” sərgisi çərçivəsində şagirdlər Milli qəhraman və şəhidlərin həyatını əks etdirən rəsm əsərləri çəkəcəklər və sonda ən yaxşı 5 əl işi sertifkatla təltif olunacaq.
Qeyd edək ki, 3 davam edəcək sərgidə şagirdlər canlı olaraq rəsm çəkəcəklər.