Aztv-nin əməkdaşı Vaqif Mustafayevi SPACE TV-nin zəif rəhbəri adladırıb

Tarix: 10:27 25.12.2015
"Vaqif Mustafayev nə qədər yaxşı rejissordursa,bir o qədər də zəif TV rəhbəridir".
İnformator xəbər verir ki, bunu AzTv-nın əməkdaşı Əhməd Qədiroğlu "Facebook" sosial şəbəkəsində yazıb.
"SPACE TV-də aparıcı Mikayılın ad günü qeyd olunur. Çox təəccübləndim. Vaqif Mustafayev ne qədər yaxşı rejissordursa,bir o qədər də zəif TV rəhbəridir. Bu aparıcı Mikayılın efirde yersiz gülməyi, şit söhbətləri, qeyri-səmimi təbəssümü, məntiqsiz sifət mimikalari peşəkarlıqdan çox uzaqdır. Onda efirə lazım olan bir simadır , bir de səs tembri. Mikayil esaslı şəkildə redaktə olunmalıdır və o zaman , yaxşı aparıcı ola bilər... Mikayılın ad gününü təbrik edirəm...."