Bakıda jurnalistin evi qarət olunub
Bölmə: MEDİA › ,Tarix: 13:24 20.01.2016
Bakıda qarət hadisəsi törədilib.
İnformator-un məlumatına görə, "AzVision.az" saytının siyasət müxbiri Elvin Abdulqədirovun Bakının Binə qəsəbəsində yerləşən mənzili qarət olunub.
E.Abdulqədirovun sözlərinə görə, mənzildən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul oğurlanıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Jurnalist Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.
Qeyd edək ki, Binə qəsəbəsində son 10 gün ərzində iki mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildiriblər.