Mirşahini bir ay efir həbsi etmək dəhşətdi - Eldəniz Elgün

Tarix: 10:30 23.01.2016
"Bir insanı vicdan məhbusu olaraq 2 il həbsə atmaqla, vicdan efiri sayılacaq Mirşahini 1 ay efir həbsi etmək dəhşətdi".
İnformator xəbər verir ki, bunu jurnalist Eldəniz Elgün ANS televiziyasında "Hesabat" verilişinin MTRŞ tərəfindən yayımının bir ay dayandırılmasına münasibət bildirərkən deyib.
Jurnalist "Facebook" səhifəsində yazıb: "2 həftə öncə məni yanına çağırdı və "Eldəniz, istəyirəm "Hesabat" verlişini sən aparasan".Sərt reakjsiya verdim. Həm də əsəbi olduğum üçün lap çox danışdım. Axırda dedim ki :" MİRŞAHİN , SƏNİ BƏYƏNƏNLƏR,BƏYƏNMƏYƏNLƏR OLSA DA AZƏRBAYCAN EFİRİNİN BİR GÜCÜSƏN ". Bu gün TRŞ Mirşahini 1 aylıq efirdən kənarlaşdırdı. Kaş 2 həftə öncə "Hesabat"ın aparıcısı olaydım. Mirşahinin təhqir olunmaması üçün. Bir insanı vicdan məhbusu olaraq 2 il həbsə atmaqla, VİCDAN EFİRİ sayılacaq Mirşahini 1 ay EFİR HƏBSİ etmək DƏHŞƏTDİ... Efirdə onu sevmək istəməyənlər də Onu görmək istəyirlər... RƏDD olsun EFİR HƏBSİ..."