İndiki teleməkan mənə samovarı xatırladır

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:44 27.01.2016

Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu "Topal Teymur", "Günahsız Abdulla",  "Ordan-burdan", "Ac həriflər" kimi  onlarla tamaşanın rejissorusur.  Son vaxtlar fəaliyyətində bir durğunluq hiss olunmaqdadır. Elə buna görə də informnator.az saytı rejissorun bir az vaxtını alaraq ondan soruşub:     

 Ramiz müəllim siz bir çox təkrarsız televiziya tamaşalarına quruluş vermisiniz. Bu gün də tamaşaçılar sevə-sevə o tamaşalara baxır. Amma indi belə tamaşalar çəkilmir. Sizcə niyə?

-Mən də indi bilmək istərdim niyə tamaşalar çəkilmir.

Siz özünüz hazırda nə işlə məşulsunuz? Yaradıclıqla, yoxsa dincəlirsiniz?

-
Mən indi daha çox gözləməklə məşğulam.

 Azərbaycan televizyaları tele-seriallar təqdim etməkdədirlər. Sizcə tanmaşaçı auditoriyası toplaya bilirlər?

-
İndiki teleməkan mənə samovarı  xatırladır: istəyirsən bulaq suyu doldur, ya da çirkab suyu. Qaynadıb verəcəklər tamaşaçıya.

Niyə siz də  teleseriallar çəkmirsiniz?  Təklif olub?

 -Təklif olmayıb.  Onları başa düşmək olar: hansı üzlə təklif etsinlər? Bir həftəyə çəkilən 5-6 seriyanın nə keyfiyyəti ola bilər? Ona görə də səriştəsiz adamları cəlb edirlər.

Sizin də tamaşalar qoyduğunuz "Yuğ" teatrının yerləşdiyi bina sökülür. Bu məsələyə münasibətiniz.

-
Yuğ teatrının binasının sökülməsi müəyyən çətinliklər ayarada bilər truppa üçün. 

Müəllif: Nazilə Xaqani