Xalq artisti Musa Mirzəyev dünyasını dəyişdi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201601/1540673_0.jpg)
Tarix: 15:46 29.01.2016
Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Musa Mirzəyev dünyasını dəyişib.
İnformator.az-ın məlumatına görə, xalq artisti bu gün səhər satlarında vəfat edib.
Nəzərinizə çatdıraq ki, 83 yaşlı Musa Mirzəyev ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Musa Abdulla oğlu Mirzəyev1933-cü il yanvarın 26-da anadan olub. Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovanı, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947-1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydmanı, xüsusilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952-1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayev olub. Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür.
Musa Mirzəyevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib.1982-ci il Azərbaycan SSR əməkdar incəsənət xadimi,2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti,2003-cü ildə Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni 2013-cü ildə İlham Əliyev tərəfindən "Şərəf" ordeni layiq görülüb.