"Zvezda” kanalı Azərbaycana qarşı təxribata yol verib

Bölmə: MEDİA › ,
Tarix: 12:31 30.01.2016

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

İnformator.az-ın məlumatına görə, reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib. Belə ki, B.Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

Qeyd edək ki, “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.