Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

Tarix: 13:30 30.01.2016
AzTV-də yeni təyinat olub.
İnformator.az AzNews.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. Arif Alışanovun əmriylə ona yenidən AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsi həvalə olunub.
Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub. Ondan sonra "Türkel" və "Region TV"-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun "Xəzər" televiziyasına rəhbər gələcəyi barədə məlumat yayılmışdı.