Miri Yusif məhkəmədə qalib gəlib
Bölmə: Mədəniyyət › ,Tarix: 14:21 01.02.2016
Fundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi “Bağışla” adlı mahnıda müəllifinin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı. Müğənni müəllif hüququnun tapdalandığını bildirərək, məhkəməyə müraciət etmişdi.
Miri Yusifin prodüseri Emin Əfəndi başa çatan məhkəmə ilə bağlı bunları qeyd edib:
“Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” Miri Yusifin 2009-cu ildə ifa etdiyi “Bağışla” mahnısının tam təkrarıdır”.
Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını səsləndirmək üçün Funda Arar MC Muraddan icazə aldığını söyləmişdi. MC Murad M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulamışdFundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi “Bağışla” adlı mahnıda müəllifinin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı. Müğənni müəllif hüququnun tapdalandığını bildirərək, məhkəməyə müraciət etmişdi.
Miri Yusifin prodüseri Emin Əfəndi başa çatan məhkəmə ilə bağlı bunları qeyd edib:
“Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” Miri Yusifin 2009-cu ildə ifa etdiyi “Bağışla” mahnısının tam təkrarıdır”.
Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını səsləndirmək üçün Funda Arar MC Muraddan icazə aldığını söyləmişdi. MC Murad M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulamışd