Ermənistan və Fransa arasında üç sənəd imzalanıb

Tarix: 17:20 26.05.2025
Fransanın xarici işlər naziri Jan-Noel Barronun Ermənistana səfəri çərçivəsində iki ölkə arasında üç sənəd imzalanıb.
“İnformator.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyan və Jan-Noel Barro Niyyət Bəyannaməsi imzalayıblar.
Sənəd iki ölkənin xarici siyasət qurumları arasında illik siyasi məsləhətləşmələrin keçirilməsini, dezinformasiya ilə mübarizədə əməkdaşlığı və diplomatların hazırlanmasını nəzərdə tutur.
Nazirlər həmçinin iki ölkənin hökumətləri arasında Ermənistanda Fransa İnkişaf Agentliyinin (FDA) və İqtisadi Əməkdaşlıqda İştirak və Dəstək Şirkətinin (Proparco) yaradılması və fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol imzalayıblar.
Bundan əlavə, nazirlərin iştirakı ilə “Enterprise Armenia” Fondu və Fransanın “Business France” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.