“Azərbaycan öz tolerantlığı və harmoniyası ilə seçilən müsəlman ölkəsidir”

Bölmə: MEDİA › ,
Tarix: 16:41 05.02.2016

Jurnalist kimi ABŞ-a səfər mənim ən böyük arzularımdan biri idi. Mən burada müxtəlif insanlarla görüşdə ABŞ və Azərbaycan münasibətləri, Amerika cəmiyyəti və dünyada baş verən münaqişələr haqqında danışdım.Bu söhbətlərdən biri də Türk – Amerikan Dərnəkləri Məclisinin rəhbəri Oya Bainlə oldu.
– İlk olaraq məni qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bir çox jurnalist kimi ABŞ-da səfərdə olmaq və hər bir şeyi öz gözləri ilə görmək mənim ən böyük arzularımdan biridir.Bu müsahibəni götürdüyüm üçün qürur hissi duyuram. İlk sualım Azərbaycan və BŞ-lar arasında münasibətlər haqqında olacaq. Siz bu münasibətləri necə qiymətləndirirsiz?

DSC_0302
– Əziz Vüqar mən də öz növbəmdə bu müsahibə üçün təşəkkür edirəm. Mən istəyirəm ilk olaraq özüm və çalışdığım təşkilat haqqında məlumat verim. Mən Oya Bain 1979-cu ildə Amerikada yaradılmış Türk – Amerikan Dərnəkləri Assambleyasının rəhbəriyəm. Türkiyə ilə ABŞ-ın əlaqələrini əhatə edən ATAA, 10-u digər ştatlarda olmaqla 15 könüllü tərəfindən idarə olunur. ATAA, Türk –Amerikan Assosasiyasının 60 regional üzvü var. ATTA-nın əsas məqsədi, ABŞ-da yaşayan Türkiyəli amerikalıların marifləndirilməsi, media, siyasət və ictimai həyatda fəal olması, həmçinin Türkiyə-Amerika münasibətlərinin inkişafına təsir göstərməsindən ibarətdir.
Biz Azərbaycan icması ilə yaxından əməkdaşlıq edirik və bizim bir neçə görkəmli amerikalı – azərbaycanlı fəallarımız var.
Mən ABŞ-a, 1960-cı ildən tələbə kimi gələndən Türk-Amerikan məsələləri daha çox diqqətimi cəlb etmişdir.
– Bildiyimiz kimi Azərbaycan regionda ABŞ-ın ən etibarlı tərəfdaşlarından biridir. Bəs siz Azərbaycan və Birləşmiş Ştatların istər iqtisadi, istərsədə digər sahələrdə olan əməkdaşlığını necə qiymətləndirirsiniz?

– Mən fikirləşirəm ki, ABŞ Azərbaycan vasitəsilə Qafqazda qərb demokratiyası siyasətini tam şəkildə həyata keçirir. 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər qurulub, elə o vaxtdan bəri regional təhlükəsizliyinin təmin ediməsində, enerji təhlükəsizliyinin artırılmasında,iqtisadi və siyasi islahatların gücləndirilməsində Azərbaycanı dəstəkləyib.
Enerji ixracatçısı kimi Azərbaycan son 10 ildə çoxlu uğur qazanmışdır.ABŞ-ın Bakı-Tiblisi –Ceyhan kəmərinin tikintisində Azərbaycana dəstəyi bu iki ölkə arasında münasibətlərin yaxşı olmasının bariz nümunəsidir.
Lakin xarici siayətdə Qafqaz və Türkiyə ilə bağlı münasibətlərdə ermənilərin ABŞ-a təsirini də qeyd etmək lazımdır.

DSC_0301

– Suriya müharibəsi,miqrasiya böhranı və miqrantlarla bağlı hadisələrə B.Obamanın və amerikalıların münasibəti necədir?

-B.Obama ölkəyə miqrantların gəlməsi məsələsinə humanistcəsinə yanaşır,lakin burda prezidentliyə namziəd olanlar, xüsusilə Respubliklaçılar miqrantların gəlişinə etiraz edirlər.Təəssüfki onlar qaçqınlar və digər məslələrlə bağlı ortaq nəticəyə gələ bilmirlər.Amerika xalqı qonaqpərvər və xeyriyyəçidir,onlar təhsil,sosial və sağlamlıq xidmətlərində daha təcrübəlidirlər.Onu da qeyd edək ki, hazırda Amerikada 11 miyondan çox qaçaq İspaniyalı immiqrantlar var ki, onlar da əhalinin 3% təşkil edir.Amerika dövləti bu məsləni həll etməyə çalışır.

– Bildiyimiz kimi dünyada müxtəif münaqişə zonaları var. Bir çox zorakı qruplar sülh və sabitliyi pozmaq istəyirlər.Günahsız insanları öldürən,dinc həyat tərzini pozan,müxtəlif zorakılıq törədən qruplaşamlarla bağlı fikriniz necədir?
-Şiddətlə problemləri heç vaxt həll etmək olmaz.Asala və Jag erməni terror təşkilatları türklərə və türk diplomatlarına qarşı hücumlar edirlər. Onu da qeyd edim ki, hazırda insanlar bu terror təşkilatlarına qarşı birgə mübarizə aparırlar. Bu təşkilatların mübarizə fomrası yalnışdır.
Kürdistan Fəhlə partiyası (PKK) terror təşkilatları son 35 ildə 40 mindən çox Kürd-Türklərin ölməsinə səbəb olmuşdur. Əsas problem budur ki, hazırda terrorizmə qarşı dünyada heç bir mütəşəkkil qruplaşma yoxdur.
Terrorçular bir millətin məhv olması üçün mübarizə aparırlar. Bəzi Avropa və Amerika qüvvələri PKK – ya gizli və ya açıq şəkildə dəstək verir. Hətta qərb mediası onlara müxtəlif adlar verir, lakin onlar hamısı terroristdirlər. Qeyd edim ki, PKK və erməni təşkilatı artıq 5 aydır Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyaları keçirir.
2001-ci ildə PKK qruplaşması Türkyə səfirliyi qarşısında 6 ay müddətində çadırlar qurdu.Artıq 11 sentyabr hadisələrindən sonra amerika polisi dəstək verərək bu ərazini etirazçılardan təmizlədi.Tarix yenidən təkrarlanır.
Nə qədər ki dünya əhalisi terrorizmə qarşı birgə mübarizə aparmır, heç vaxt bununla bağlı uğur qazanılmayacaq.
– Bildiyimiz kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır, lakin 20% torpaqlarımızda 20 ildir ki erməni işğalı hələdə davam edir.1miyon qaçqının hüququ Ermənistan tərəfindən pozulub və onlar hələ də öz torpaqlarına qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi barədə 4-cü qətnaməsinə görə Ermənistan öz qosunlarını Qarabağdan çıxarmalıdır. Lakin Ermənistan bu qətnaməyə əməl etmir. Nəyə görə ABŞ dövləti Ermənistandan BMT-qətnaməsini həyata keçirilməsini tələb etmir? ABŞ-lar bu münaqişənin həllində nə edə bilər?

– Ermənistan ABŞ-la Rusiya arasında siyasi vasitədir. Lakin bu balaca uğursuz ölkənin ABŞ-da güclü diasporası var. Bu iki ölkə arasında ABŞ və Rusiyanın təsiri olmadan danışıqlar gedir. Bununla da BMT-nin qətnamələri siyasiləşmiş olur. Bunu da ölkələr özləri seçir və həyata keçirir. Adətən bu seçimlər güclü ölkələri və disaporanın lehinə deyil.

– Azərbaycan cəmiyyətində və mediasında belə fikir var ki, bizim ölkəyə qarşı ikili standartlar həyata keçirirlər. Bəs sizin buna fikriniz necədir? Sizcə beynəlxalq siyasətdə ikili standartlar var?

– Bu tamamilə doğrudur. Hər hansı bir mövzuyla bağlı fikirlərin yalnış ifadə edilməsi ABŞ-da Azərbaycana qarşı mənfi fikirlərin yaranmasını gücləndirir. Hər hansı bir müttəfiqi ifadə edərkən konstruktiv tənqiddən istifadə etmək lazımdır. Onu da qeyd edim ki, ABŞ-lar konqresində bəzi nümayəndələr belə tənqiddən istifadə edərək Azərbaycanı partizan və ermənilərə qarşı nir ölkə kimi təqdim edirlər. Buna ən yaxşı nümunə Chris Smith-i göstərmək olarki, onun verdiyi qərarlar ədalətli və düzgün deyil.
Lakin bunlara baxmayaraq Azərbaycan insan hüquqları, mətbuat azadlığı,qanunun düzgün idarə olunmasında bütün səylərini artırır. Bu eyniylə Türkiyəyə də aiddir. Lakin BŞ-da Azərbaycanda baş verən hadisələri nəzərə almadan bu cür tənqidlər etməməlidir. Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan bunların hamısını öz ölkəsinin inkişafı naminə qəbul edir.
Azərbaycan güclü ölkədir və bu tənqidləri konsrtuktiv qaydada qəbul edir.

– Prezident seçkilərindən sonra Azərbaycan və BŞ-lar ( Birləşmiş Ştatlar ) münasibətləri necə olacaq? Bununla bağlı fikirlərinizi bilmək istərdim?

– BŞ-lar xarici siyasətini bir qayda olaraq müxtəlif idarələr tərəfindən həyata keçirir. Belə ki, hər prezident seçkilərində namizədlər erməni icmalarından səs qazanmaq üçün erməni soyqrımı iddialarıyla bağlı yalandan vədlər verirlər. Onu da qetd etmək lazımdır ki, prezident seçilən şəxs verdiyi o vədləri yox Amerikanın maraqları üçün qərar verir.
Türkiyə və Azərbaycan münasibətlərini yalançı tarixi iddialarla pozmaq ağılsızlıq olardı.Qarabağ məsələsi daha mürəkkəbdi, bu məsələnin həlli üçün Azərbaycan Amerikada ictimai münasibətləri daha da gücləndirməlidir.Mən düşünmürəm ki, Qarabağ məsələsində ABŞ siyasəti fərqli olacaq.BŞ-lar Qarabağ məsələsinin həllində o qədər də maraqlı deyil,çünki Ermənistan ABŞ və Rusiya arasında siyasi vasitədir.

– Azərbaycan müxtəlif dini və etnik qrupların sülh şəraitində yaşadığı tolerant ölkədir.Müsəlmanlar,xristianlar,yəhudilər əsrlər boyu birlikdə yaşamışdılar.Bəs ABŞ-da tolerantlıq necedir?

– Tolerantlıq ABŞ-da yüksək səviyyədədir və bütün dünya üçün nümunədir. ABŞ liderləri və siyasəti nəticəsində bu gün müsəlmanların lehinə fikirlər yaxşılaşır. Hər gün müxtəlif media qrumlarında BŞ-a gələn qaçqınlar haqqında müsbət fikirli müxtəlif yazılar və hekayələr dərc olunur ki, bu da insanlarda xoş təssürat yaradır.
Artıq bir neçə əsrdir ABŞ-da birliyin,gücün, harmoniyanın sayəsində tolerantlıq qorunub saxlanır.
Bir türk və müsəlman kimi , ABŞ-da olduğum bu 55 ildə istər şəxsi,istərsə də iş həyatında mənə qarşı qərəzli heç bir şey olmadı.
Azərbaycan öz tolerantlığı və harmoniyası ilə müxtəlif cəmiyyətlər arasında seçilən ölkədir.Bu Azərbaycanın ABŞ-da və dünyada yaxşı tanınmasına və təbliğ olunmasına mühüm təsir göstərir.Son illər, ABŞ-da müxtəlif ictimai, mədəni fəaliyyətlərin keçirilməsi, Azərbaycanın burada ictimai və siyasi gücünü artırır.
Maraqlısı budur ki, Ermənistanda qapalı cəmiyyətin və tolerantlığın olmaması BŞ-lar üçün heç bir əhəmiyyət kəsb emir.

– Son illər Azərbaycan və Amerika münasibətlərində soyuqluq oldu, sizcə bunun səbəbi nə idi?

– Seçkilər zamanı ölkədə olan erməni lobbisinin konqres üzvlərinə yardımı BŞ-lar və Azərbaycan münsaibətinə təsir edir. 2016-cı il əsas seçki ilidi. BŞ-lar Azərbaycan, Rusiya və Çin kimi dövlətlərlə münasibətini korlamaq istəməz.
Siz Amerikanın idarəsində 3 sistemin əhəmiyyətli olduğunu bilirsiniz: Ağ ev və idarəsi,ABŞ konqresi (qanunvericilik) və Məhkəmə.
Biz adətən Azərbaycan və Türkiyəyə qarşı mənfi münasibətləri , konqresdə seçkilər zamanı daha çox səs toplamaq üçün mübarizə aparan namizədlər arasında görürük. (435 üzvü olan nümayəndələr palatasının üzvləri hər iki ildən bir seçkilərdə iştirak edirlər).
Xarici siyasətdə və dünyada Amerika maraqları daha üstündü. Bir çox qanunuverici qurumlar dünyada tam olaraq nə baş verdiyini bilmirlər çünki onlar müəyyən bir ərazini idarə edirlər, lakin dünyada 200-dən çox millət var. Bu da Amerikanın demokratik sisteminin ən zəif tərəfidir, çünki qanunverici qurumlar qərarları sübutlara əsasən qəbul etmirlər, müəyyən etnik qrupların səsini qazanmaq üçün verdikləri səs və maliyyə qərarların xarici siyasətə mənfi təsir göstərməsinə səbəb ola bilər.
Bir neçə il bundan əvvəl Amerikanın Azərbaycana təyin olunmuş səfiri Metyu Brayze, senatorlar Barbara Boxer və Fred Menendez tərəfindənerməni maraqlarına görə təqib edilirdi.Bu həqiqətən konqress üçün alçaldıcı hal idi.Lakin Vaşinqton post rəhbəri Fred Hiatt bunu Amerikanın siyasi maraqları kimi qiymətləndirdi.2015-ci il dekabrın 16-da başqa erməni yönümlü konqressmen Kristofor Smith (R.N.S) BŞ-lar konqresinə 2015-ci il Azərbaycan Demokratiyası aktını təqdim etdi.
Bu sistem haqqında nə demək olar?
Onları öz silahı ilə vurmaq lazımdır!
Chris Simth Nyu-Cersidəndir. Bildiyimiz kimi Nyu-Cersidə türklər və azərbaycanlılar, ermənilərdən daha çoxdur.
2016-cı il noyabr seçkilərində Smithin seçilməsinə yox deməliyik.
Azərbaycanlıları daha çox Amerikanın aktiv, siyasi sistemi cəlb edir.Erməni icması daha çox yunanlarla birlikdə könüllü şəkildə işləyir və birlikdə səsvermədə iştirak edirlər.
100 il bundan əvvəl azərilərə və türklərə qarşı başlanan siyasi müharibələrə biz birlikdə mübarizə aparırıq.Azərilər və türklər bu mübarizədə uzunyol qət ediblər lakin bu hələ də kifayət etmir.
Azərbaycanlılar ABŞ-a prezident tərəfindən idarə olunan mərkəzləşdirilmiş dövlət kimi baxmamalıdırlar.Onlar bilməlidirlər ki, dövlətin gücünü artırmaq üçün bir sahədən yox ,müxtəlif sahələrdən istifadə etmək lazımdır.
Yuxarıda dediyimiz kimi müxtəlif çətinliklərə baxmayaraq BŞ-lar öz gücünü həmişə qoruyub saxlaya bilir.Seçkidə iştirak edən Mernendez,Smith və Boxer kimi namizədlər BŞ-lar siyasətinin idarə olunmasını təmsil etmirlər,o B.Obama tərəfindən idarə olunur.
Azərbaycanlılar ABŞ-da seçkilərdə iştirak etməlidirlər.BŞ-da yarım milyondan çox azərbaycanlı var.Onlar könüllü komandalarda,səsvermələrdə iştirak etməli və öz mesajlarını çatdırmalıdır.Mən internetdə Azərbaycan və ABŞ münasibətləri ilə bağlı araşdırmalar apararkən aşağıdakı məlumatları tapdım:
1957-ci ildə Nyu- Cersidə azərbaycanlı mühacirlər ilk dəfə birlikdə Azərbaycan-Amerikan icmasını yaratmışlar.1976-cı ildə Hyustan və Bakı , Aəzrbaycan və Amerika şəhərləri arasında qaradaşlaşmış şəhər yaradılıb.Bundan sonra 1988-ci ildə bu birlik Honolulu-Havai və Bakı arasında ,2000-ci ildə Nyuvark,Nyu Cersi və Gəncə (2-ci ən böyük şəhər),2011-ci ildə isə Monterey,Kaliforniya və Lənkıran arasında bu münasibət yaradılmışdır. Bu çox yaxşı haldır.Lakin azərbaycanlılar, Amerika və Azərbaycanın bütün siyasi mərhələlərində iştirak etməlidirlər.
Son zamanlar mən media orqanlarına belə bir məktub göndərmişəm:
2015-ci ilin dekabrın 16-da konqresmen Kristofor Smis konqressə ” Azərbaycan Demokratik aktı 2015”i təqdim edib.
Bu akt ,Xəzər regionunda tolerantlığı və harmoniyası ilə seçilən Azərbaycan Respublikası ilə ABŞ arasındakı dostluq münasibətinə ciddi zərər verə bilər.
Erməni lobbisi tərəfindən maliyyələşdirilən konqressmen Simisin bu aktı Azərbaycana ciddi ziyan verir.
Azərbaycana qarşı nifrət və irqçilik güdən erməni lobbisinin məqsədi aydındır: ermənilərin işğal etdiyi torpaqlardan 800min əhali öz evlərindən didərgin düşüb.Ermənistanın amerikadakı güclü lobbisi bu qanunsuz işğalı qanuniləçdirmək və Azərbaycan və Amerika münasibətlərinin pozulması üçün hər vasitədən istifadə edir.Ona görə də Azərbaycana qarşı olan bu qərəzli və haqsız münasibət ,BŞ-la qonşuluq və dostluq münasibətini çətinləşdirir.Azərbaycan və ABŞ münasibətlərinə qarşı olan bu qərəzli qanun layihəsini ,ABŞ mütləq rədd etməlidir.Biz ABŞ-ı “2015-ci il Azərbaycan Demokratik Aktı”nı rədd etməyə çağırırıq.Bu həmçinin Amerikanın öz milli maraqlarına da ziddir.

– Azərbaycanlı rəsmilər deyirlərki,BŞ-lar Dağlıq Qarabağ münaqişəsində tam dəstək vermir.Ukraynayla bağlı məsəslədə onlara dəstək verən Amerika Azərbaycana niyə dəstək vermir? Siz bunla bağlı nə deyərdiz?

-Bunun strateji səbəbi var.Onu qeyd edək ki, ABŞ-ın xarici siyasətində,erməni diasporasının xüsusi yeri var. Hər şey Ermənistanın işğalçı siyasətinə qarşı olsa da, ABŞ Qarabağ məsləsi ilə bağlı heç bir ölçü götürməyib.
Ukrayna isə başqa məsələdir,beləki BŞ-da Ukraynaya qarşı Rusiya disaporası yoxdu.Əksinə ABŞ-da Ukraynanın lap az səs hüququ var.
Ermənistan ABŞ-la Rusiya arasında balaca bir xalqdır və ABŞ Ermənistanın Rusiya ilə yaxınlaşmasını istəməz.
Bildiyimiz kimi ,siyasətdə heç də ədalətli oyun yoxdu. Ukrayna Avropanın geniş ərazisinə,44miyon əhalisinə və çoxlu qonşusuna malik olan böyük ölkədir. Qarabağ isə dənizə çıxışı olmayan ərazidir.Rusiyanın Ukraynanı itirməsi ,ABŞ-la Rusiya münasibətlətinə böyük təsir edərdi.
Baxmayaraq ki, münaqişə mövzusu hər iki ölkədə eynidir, onların həlli yolu fərqlidir.

– ABŞ azərbaycanlıların hüquqlarının pozulmasının aradan qaldırılması üçün nəsə edə bilərmi?

-Ermənistan diasporası ABŞ-da həm Azərbaycana həm də Türkiyəyə qarşı mənfi fikirlər aşılayır.Eyni zamanda Azərbaycan çalışır ki,ABŞ konqresində və mediasında erməni disaporunun Azərbaycana qarşı yalnış fikirlərin olduğunu sübut etsin.Biz daim ABŞ-da mətbuat azadlığı məsələsini eşidirik,lakin bunla bağlı bəzi məslələrdə yalnışdır.

– Siz necə düşünürsünüz ABŞ,Rusiya və Fransa Dağlıq Qarabağ müharibəsini həll edə bilərmi?

-Bu mümkün ola bilər,lakin Qafqazda xüsusəndə Azərbaycanda müharibənin həlli yolları müxtəlifdir.
Azərbaycan hələ öz hərbi gücünü artırmalı və beynəlxalq münasibətlərini inkişaf etdirməlidir.
Mən 31 dekabr 2015-ci ildə Eugene Chausovsk tərəfindən nəşr edilmiş Qafaqaz Avrasiya üçün səlahiyyətlər məqaləsindən bir sitat gətirmək istəyirəm
Qafqaz ölkələri arasında Azərbaycan Dağlıq Qarabağla bağlı məsələni 25 il ərzində siyasi və hərbi yolla həll edə bilər.Azərbaycanın hərbi demoqrafik və iqttisadi sahədə inkişafı və Ermənistanın geriləməsi bu prosesi gücləndirər.Əgər Azərbaycanın hərbi və iqtisadi sahədə Gürcüstan və Türkyiə ilə əlaqəsi inkişaf edərsə o hətta ABŞ-da geridə qoya bilər.Eyni zamanda Ermənistan İranla iqtisadi və hərbi sahədə əlaqələrini Azərbaycan Türkiyə Gürcüstana qarşı inkişaf etdirir.Rusiya ,iqtisadiyyatı və hərbisi zəifləmiş bu ölkəyə dəstək ola bilər.Nəticədə Azərbaycan,Türkiyə, Gürcüstan arasında olan bu əlaqəyə qarşı Rusiya ,Ermənistan və İran birləşə bilər.
– Sizcə, Azərbaycan öz pulu hesabına Rusiyanın dəstəyi olmadan Cənub Qaz dəhlizini inşa edə və onu Mərkəzi Asiyaya ordan Avropaya ötürə bilər?
-Mən bunu dəqiq deyə bilmərəm. Amma Azərbaycan möhtəşəm layihələrlə öz iqtisadi və siyasi fəaliyyətini artıra bilər. 40 milyardlıq Cənub qaz layihəsi ABŞ və Avropa İttifaqı üçün prioritet deyil. Türkiyə, Yunanıstan, İtaliya vasitəsilə Xəzər dənizindən – Azərbaycandan qaz 2019-cu ildə birbaşa Avropaya və Türkiyəyə nəql ediləcək. Cənub qaz dəhlizi təkcə bir borudan ibarət deyil. Burada üç mühüm, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu boru kəməri və Trans Adriatik boru kəmərini özündə birləşdirəcək və altı ölkədən keçəcək.
Cənub qaz dəhlizi Avropa müttəfiqlərinə Rusiyadan qaz təchizatını azaltmağa imkan verəcək. Həm Barak Obama, həm də dövlət katibi Con Kerri bu layihəyə böyük dəstək verirlər.
Trans-qaz boru kəməri vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunacaq və bu layihə investisiya layihələri siyahısında yeddinci yeri tutur.
– Azərbaycan xalqına və cəmiyyətinə arzularınız:
Azərbaycan və Türkiyə qardaşlıq münüsibətləri möhkəmdir və mən bu münasibətlərin iki ölkə arasında daha da möhkəmlənməsini istəyirəm. ” Bir millət iki dövlət” konsepti daha da güclənməlidir. Mən həmçinin hər iki ölkənin ABŞ-da siyasi arenada sıx əməkdaşlıq etməsini və hədəflərə doğru irəliləməsini istəyirəm. Vaşinqtonda fevralın 25-dən 27-dək keçiriləcək Milli Liderlik Konfransında Azərbaycanlı səfir Elin Süleymanov Xocalı Soyqırımı ilə bağlı çıxış edəcək. Mən Anadolu türkləri olan azərbaycanlı bacı və qardaşlarımı, ölkələrinin bütün sahələrində inkişafı üçün uğurlar arzulayıram.

Vüqar Quliyev Ağamalıoğlu