Qəzzada ölənlərin sayı 53 977 nəfərə yüksəlib

Bölmə: Siyasət › ,
Tarix: 21:23 26.05.2025

 

İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi intensiv hücumlar nəticəsində Qəzza zolağında həyatını itirənlərin sayı 53 977 nəfərə çatıb. Yaralananların sayı isə 122 966 nəfər olaraq qeydə alınıb.

 

Fələstin Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, son 24 saat ərzində 38 nəfər həlak olub, 169 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib. Nazirlik qeyd edib ki, bu statistikalara Qəzzanın şimalındakı şəhərlərdə yerləşən xəstəxanalar daxil edilməyib. Bu isə real rəqəmlərin daha yüksək ola biləcəyini göstərir.

 

Qeyd edək ki, bölgədəki humanitar vəziyyət getdikcə ağırlaşır və beynəlxalq ictimaiyyət tərəfindən təcili yardım çağırışları davam edir.

 

Mənbə:Haber global
Mahmudlu Ləman