Jurnalisti maşın vurdu

Bölmə: MEDİA › ,
Tarix: 15:11 05.02.2016

Samir Güləliyevi vuraraq yolun kənarına atan sürücü hadisə yerindən qaçıb.

İnformator.az xəbər verir ki, “Trend” İnformasiya Agentliyinin müxbiri Samir Güləliyevi maşın vurub.

Bu barədə Lent.az-a jurnalist özü məlumat verib. Onun sözlərinə görə, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.

“Prado LAND CRUZER” markalı 10 VJ 266 dövlət nömrə nişanlı avtomobil sürətlə piyadalar üçün nəzərdə tutulmuş yerdə dayanan jurnalisti vurub.

S. Güləliyevi vuraraq yolun kənarına atan sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan Samir Güləliyev Respublika Kliniki Xəstəxanasına müraciət edib. Jurnalistin sol ayağı çatlayıb. S. Güləliyev ev şəraitində müalicə edilmək üçün evə buraxılıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə də məlumat verilib.