Telerejissor: “Televiziya rejissorluğu tənəzzülə gedir”

Bölmə: Sosial › ,
Tarix: 13:43 29.01.2015

“Xalq şou proqramlarına baxmaq istəyir deyən şəxslər bu tipli verilişlərdən artığını hazırlamağa qadir olmayanlardır.”

Region televiziyasının “Səhər çələngi” verilişinin qonağı olan telerejissor Vüsalə Mirzəyeva xüsusi ilə özəl televiziya kanallarını tənqid atəşinə tutub. Rejissor: “Özəl telekanalların qapıları taybatay açıqdı, sponsor paketini qoltuğuna vuran adam heç bir televiziya təcrübəsi olmadan verilişə gəlir. Əgər bu peşəni seçənlərin deməyə sözü yoxdursa, başqa sənət seçməlidir,”-deyə fikirlərini ifadə edib.

Bu gün televiziyalarda maraqlı bədii layihələrin yox səviyyəsində olduğunu deyən rejissor, efirin ancaq qalmaqallı şou proqramları və kriminal xəbərlərdən ibarət olduğunu deyir.

Bu gün nümunə kimi baxdığımız verilişlərin rejissor əməyinin məhsulu olduğunu deyən Vüsalə Mirzəyeva peşəkar rejissor məktəbi keçən şəxslərin olmadığını bildirib: “ Verilişlərdə rejissor söz sahibi deyil. Kinonun Allahı rejissor sayılır. Bu həm də teatr və televiziya üçün keçərlidi. Rejissor olmadığı üçün efirdə kim nə istəyir onu da edir. Tariyel Vəliyev, Nazim Zeynalov, Nazim Abbasov, Ramiz Həsənoğıu kimi rejissorların məktəbini keçən rejissorlar olmadığı üçün bu gün tamaşaçıların əksəriyyəti verilişlərdən narazıdır.”

Telerejissor Vüsalə Mirzəyeva bundan əlavə araşdırmaçı layihələr, uşaq verilişləri və efirdə gedən verilişlərlə bağlı digər probelemləri də dilə gətirib.