Mirzoyan Lavrova elə Rusiya XİN rəhbərinin öz sözləri ilə cavab verib

Tarix: 14:35 30.06.2025
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan Apostol Kilsəsinə qarşı "hücumlarla" bağlı açıqlamasına sərt reaksiya verib və onu faktiki olaraq "Ermənistanın daxili işlərinə qarışmaqda" ittiham edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
İrəvanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında çıxış edən Mirzoyan bildirib:
"Əgər səhv etmirəmsə, cənab Lavrov "hakimiyyətin kilsəyə qarşı mübarizəsi" ifadəsini işlədib. Amma Ermənistanda belə bir mübarizə yoxdur. Lavrovun nəzərdə tutduğu, yəqin ki, bəzi kilsə nümayəndələrinin siyasi proseslərə müdaxiləsidir. Hüquq-mühafizə orqanlarının versiyasına görə, burada söhbət qeyri-qanuni yollarla siyasi proseslərə qarışmaqdan və çevriliş cəhdindən gedir. Bu isə hüquqi prosesdir və Ermənistanın daxili işidir. Lavrov daha yaxşı olardı ki, Ermənistanın daxili işlərinə və daxili siyasətinə müdaxilə etməsin. Fürsətdən istifadə edərək eyni çağırışı Lavrovun parlamentdəki həmkarlarına, media nümayəndələrinə də ünvanlayıram. Rusiya rəsmiləri və media nümayəndələri Ermənistanın daxili işlərinə qarışmaq hüququna malik deyillər".
Qeyd edək ki, Sergey Lavrov daha əvvəl Ermənistan hökumətinin Erməni Apostol Kilsəsinə təzyiq etdiyini bildirmişdi. Bu bəyanat İrəvanda arxiyepiskop Mikael Adjapaxyanın həbsindən sonra səsləndirilib.