Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib

Bölmə: Dünya › ,
Tarix: 14:47 30.06.2025

Avropa İttifaqı (Aİ) bu gün rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib.



"İnformator.az" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib.

 

"Biz Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə davam edəcəyik. Hər bir sanksiyalar Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir", - Kallas vurğulayıb.