Avro və rubl ucuzlaşıb

Bölmə: Dünya › ,
Tarix: 09:54 14.07.2025

 

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, lirənin manat qarşısında dəyəri 0.0423 manatda sabit qalıb.


Avronun məzənnəsi cüzi azalaraq 1 avro 1.9847, rublun məzənnəsi isə 0.53% ucuzlaşaraq 100 rubl 2.1795 manat olub.