Mahmud Abbas HƏMAS-ı silahı yerə qoymağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 09:59 14.07.2025

Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbas HƏMAS-ı israilli girovları azad etməyə, silahları Administrasiyaya təhvil verməyə çağırıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Fələstin Administrasiyasının rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.


Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr ilə Əmmanda keçirilən görüşdə Abbas həmçinin İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azadlığa buraxılmasını, Qəzzada dərhal atəşkəs elan edilməsini və zolağa humanitar yardımın maneəsiz buraxılmasını tələb edib.