“AzəriLayt” markalı neftin qiyməti bahalaşıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 11:48 19.02.2015
Dünya birjalarında neftin qiyməti aşağı düşüb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında WTI markalı neftin bir barrelinin qiyməti 1,39 dollar azalaraq 52,13 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 2 dollar aşağı düşərək 60,53 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,11 dollar artaraq 64,14 dollar təşkil edib.
AZƏRTAC