ABŞ-da Respublikaçılardan prezidentliyə namizədlik yarışı
Bölmə: Siyasət › ,Tarix: 11:43 09.06.2023
ABŞ-da 2024-cü il üçün prezidentliyə namizədlikdə, xüsusən də, respublikaçılar arasında böyük fəallıq müşahidə olunur.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Tramp və Desantis kimi iki mühüm namizəddən sonra keçmiş vitse-prezident Mayk Pens də namizəd olacağını açıqlayıb. Partiyada 10-a yaxın adam, o cümlədən bir çox keçmiş qubernator namizədliyini irəli sürüb.
Qeyd edək ki, ABŞ yeni prezidentini 2024-cü il noyabrın 5-də seçəcək.
Sayad