Ermənistanda qadınlar da əsgər gedəcək
Bölmə: Siyasət › , Sosial › , Dünya › ,Tarix: 23:14 16.06.2023
Ermənistanda qadınların “könüllü hərbi xidmət keçməsi” haqqında qanun parlamentdə təsdiqlənib
İnformator.az bildirir ki, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, “Hərbi xidmət və əsgərin statusu haqqında” Ermənistan Respublikasının qanununa dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi qadınların könüllü hərbi xidmət keçməsi üçün, səs çoxluğu ilə qəbul edilib.
Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
"Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi gətirildi. Hərbi xidmətə 18-27 yaşlı Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər. Onların hərbi xidmət müddəti 6 ay olacaq".