Cenevrədə Sudan üzrə öhdəlik konfransı keçiriləcək
Bölmə: Siyasət › ,Tarix: 23:05 16.06.2023
İyunun 19-da Cenevrədə Sudanda humanitar işlərə dəstək məqsədilə öhdəlik konfransı keçiriləcək.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin verdiyi açıqlamada konfransın Avropa İttifaqı, Afrika Birliyi, Misir, Almaniya, Qətər və Səudiyyə Ərəbistanı ilə yanaşı, BMT tərəfindən təşkil edildiyi bildirilib.
BMT-nin baş katibi Antonio Quterreşin konfransda onlayn iştirak edəcəyini bildirilib. Konfransa əldə ediləcək humanitar yardımların Sudan və qonşu ölkələrə daşınacağı əlavə edilib.