ABŞ əhalisinin 60 faizi Trampa qarşı ittihamlara inanmır
Bölmə: Siyasət › ,Tarix: 22:47 22.06.2023
ABŞ ictimaiyyətinin 60 faizindən çoxu eks prezident Donald Trampa qarşı ittihamları “siyasi motivli” hesab edir.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Quinnipiak Universiteti Trampa qarşı ittihamların sosial yönünü araşdırmaq üçün 1776 nəfər arasında sorğu keçirib. Sorğu çərçivəsində respondentlərə Trampa qarşı ittihamlarla bağlı sual ünvanlanıb.
Respondentlərin 62 faizi Ədliyyə Nazirliyinin Trampa qarşı işinin “siyasi motivli” olduğuna inansa da, 51 faiz keçmiş prezidentin mühakimə olunmasını istəyib. Sorğu iştirakçılarının 10 nəfərindən altısı Trampın Ağ Evi tərk etdikdən sonra məxfi dövlət sənədlərini evdə saxlamasını “uyğunsuz” hesab edib.
Xatırladaq ki, Trampın Floridadakı evinə 2022-ci il avqustun 8-də səhər saatlarında FTB “məxfi sənədləri” araşdırmaq üçün basqın edib.
Gülər