2023-cü ilin ilk 6 ayında büdcə profisiti rekord həddə çatıb
Bölmə: İqtisadiyyat › ,Tarix: 15:28 12.07.2023
Bu ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib.
İnformator.az xəbər verir ki, vergi və gömrük sahələrindən büdcəyə daxilolmaların artması, büdcəyə yenidən baxılaraq daha 3 milyard dollar artırılmasıyla 33 milyard dollara çatdırılıb. Paralel olaraq Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə və cari əməliyyatlar balansının profisiti makroiqtisadi sabitliyi təmin edib. Xüsusilə regionda baş verən proseslər, tərədaş ölkələrdə milli valyutanın ucuzlaşması fonunda artıq 6 ildir manatın məzənnəsi sabitdir. Qeyd edək ki, idxal inflyasiyasının tənzimlənməsi aspektindən bu vacib amillərdən biridir.
Makroiqtisadi sabitliyin qorunub saxlanmasında əsas prioritetlərdən biri də xarici dövlət borcu ilə bağlı hədəf göstəricisinə nail olmaqdır. Strateji valyuta ehtiyatları xarici dövlət borcumuzu 6 dəfəyə yaxın üstələyir. Əgər keçən ilin əvvəlində xarici borc ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, hazırda bu rəqəm 10%-ə enib. Yəni müqayisə üçün deyə bilərik ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir.
2023-cü ilin birinci rübünün iqtisadi göstəricilərinə baxdıqda qeyri-neft sektorunun sənaye sahəsində artımı müşahidə olunur. Belə ki, bu ilin altı ayında qeyri-neft sənayesi 6,5% artıb. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 4 faiz artıb. Qeyri neft-qaz sektorunun gələcək inkişaf dövründə qeyri-neft sənayesinin şaxələndirilməsi və qeyri-neft məhsullarının istehsalı və ixracın artırılmasının əsas prioritet olduğunu nəzərə alsaq bu göstəricilərin ilin sonuna kimi daha da artacağı gözlənilir. Paralel olaraq 2023-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyar 834 milyon dollar təşkil edib ki bunun 66,5 faizini ölkədən ixrac olunmuş məhsulların payına düşüb. Bununlada ölkənin xarici ticarət balansında 10 milyard dollarlıq müsbət saldo yaranıb.
Şəbnəm