Qafqazda iqtisadiyyatın böyüməsilə bağlı narahatlıqlar artır
Bölmə: Siyasət › , Sosial › , İqtisadiyyat › ,Tarix: 20:23 17.07.2023
Ukraynadakı müharibədən sonra iqtisadiyyatı gözlənilmədən böyüyən Qafqaz ölkələri - Gürcüstan və Ermənistan indi Qərbin qisas alması riski ilə üz-üzədir. Buna səbəb Rusiya ilə ticarət dövriyyəsinin artımıdır.
Bu barədə ABŞ-nin CNBC saytı yazır. Beynəlxalq Valyuta Fondu bildirib ki, bu artım “fürsət, həm də risk” əhəmiyyəti daşıyır, çünki Avropa İttifaqı və G7 müttəfiqləri sanksiyalardan yayınmağı hədəfləyən yeni sanksiyaları nəzərdən keçirir. Gürcüstan və Ermənistan keçən il iki rəqəmli artıma nail olub. Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, Gürcüstan iqtisadiyyatı 2022-ci ildə 10,1%, Ermənistanın isə 12,6% artıb. ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru James O’Brien deyib ki, Ermənistan, hərəkətləri ilə Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verir.
2022-ci ildə Ermənistanın ümumi ixracı 5,3 milyard dollar təşkil edib. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır. 2022-ci ildə Ermənistandan Rusiyaya ixrac təxminən üç dəfə artaraq 2,4 milyard dollar təşkil edib. Avropa Yenidənqurma və İnkişaf Bankı hesab edir ki, belə “aralıq ticarət” Ermənistanın illik ümumi daxili məhsulunun təxminən 4-6%-ni təşkil edir. Bu isə ölkələrin logistika sənayesini gücləndirir və yerli valyutaların bahalaşmasının əsasını təşkil edir.
Avropa İttifaqı ölkələri yeni paketlə bağlı hələ ki, razılığa gələ bilməyib. Bloomberg-in məlumatına görə, sanksiyaların şiddətidir. Agentliyin məlumatına görə, Fransa və Almaniya ölkələrə qarşı tətbiq edilən tədbirlərin şiddətini azaltmağa çalışır. Adının açıqlanmasını istəməyən bəzi diplomatlar məhdudiyyətlərin sanksiyaların tətbiq olunacağı ölkələri Rusiya ilə daha da yaxınlaşdıra biləcəyindən qorxduqlarını etiraf ediblər. Digər diplomatlar isə zəifləmiş mexanizmin təsirsiz olacağından ehtiyat edirlər. Bundan əvvəl Yunanıstan və Macarıstan 11-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna qarşı çıxıblar. Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketini fevralda təqdim edib. Sanksiyalar bank sektorunu, texnologiyanı, həmçinin Wagner qrupuna aid olub.
AYSEL