ALMANİYA İQTİSADİYYATI AZALIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:06 10.08.2023

Avropanın lokamativi hesab edilən Almaniya iqtisadiyyatı azalma ilə üzləşib. İqtisadiyyatın bir sahələrində tənəzzül yaşayan ölkə artıq böhranla üz-üzədir. Bunun qarşısını almaq Rəsmi Berlin müəyyən addımlar atmağa hazırlaşır. Almaniyada istehsal həcmi ötən ayla müqayisədə iyulda 1,5 faiz azalıb. Halbuki analitiklər 0,5 faiz enmə proqnozlaşdırırdılar. İqtisadçı Kənan Quluzadənin sözlərinə görə, göstərcilərin gözləntilərdən aşağı olması, xüsusilə ölkə ixracının əsasını təşkil edən avtomobil sənayesində qeydə alınan 3,5 faiz azalma höküməti təcili addımlar atmağa məcbur edib. “Nəzərə alsaq ki, ağır sənaye ölkə iqtisadiyyatında mühüm rol oynayır, dünya bazarında enerji qiymətlərinin bahalaşması müəssisələrin istehsal prosesində çətinliklər yaradıb. Almaniyada müşahidə olunan iqtisadi tənəzzül Avropa İttifaqı regionu üçün də vəziyyəti gərginləşdirib”. Rəylərə əsasən 2023-cü ilin birinci rübündə avrozona texniki tənəzzülə üzləşib.

 

İqtisadçı Fuad İbrahimov isə deyir ki, əgər iqtisadiyyatda ardıcıl iki ay azalma olursa, ÜDEM səviyyəsində buna texniki ressesiya - tənəzzül deyilir. Amma bu texniki tənəzzülün hər hansısa bir qlobal ölkənin iflic vəziyyətinə düşəsi bir anlayışına gətirəcəyi böhranla heç bir əlaqəsi yoxdur. Bu, sadəcə Almaniyaya kifayət qədər dayanıqlı və Avropa birliyinin iqtisadiyyatının lokamativi kimi şaxələnmiş dayanıqlı bir iqtisadiyyat olduğu üçün mövcud vəziyyətdə rahatlıqla çıxa biləcək”.

Alman ekspertlərinin rəyinə görə, ilin ikinci rübündə ÜDM-in azalma tempi zəifləyəcək. Xüsusilə ölkədə ilin əvvəlində qeydə alınan 8,7 faizlik iflyasiyanın 6.4 faizə düşməsi bu yöndə ümidləri artırıb.

 

Fidan