ERMƏNİSTAN VƏ HAVADARLARINI PEŞMAN EDƏN FƏRİD XOCA

Bölmə: Siyasət › ,
Tarix: 20:11 17.08.2023

  BMT Təhlükəsizlik Şurasının prezidenti, albaniyalı məşhur diplomat Fərid Xoca fransız dilində təhsil alıb, frankfoniya üzrə, fransız dili və sivilizasiyasi sahəsində ixtisaslaşıb. Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, frankfoniya üzrə şərhçi Əziz Əlibəyli BMT TŞ-nın iclasından sonra Fərid Xocanı daha yaxşı tanımaq üçün araşdırma edib. Öyrəndikləri onu xeyli təəccübləndirib. Deyir ki, böyük ehtimal Fərid Xoca Albaniya tarixində imzası olan, sosialist rəhbəri Ənvər Xocanın nəslindəndir. "Xoca" isminin rəhbər və vəzifəlilərdə olduğunu qeyd edən müsahibimiz Fərid Xocanın 2009-2015-ci ildə Nyu-Yorkda diplomat vəzifəsində 2 dəfə Albaniyanı təmsil etdiyini, 2021-ci ildə isə yenidən həmin vəzifəyə keçdiyini deyir. “Fərid Xoca 1967-ci il təvəllüdlüdür və Albaniya Xariclər Nazirliyində 1991-ci ildən işə başlayıb. Fərid Xoca müsəlmandır və İslamda Bektaşilər dini cərəyanına mənsubdur. Avropa İttifaqının və Aralıq dənizin siyasi proseslərində əsas diplomatlardan olub. Bununla əlaqədar da Avropa İttifaqı-Azərbaycan əlaqələrində önəm kəsb edən şəxslərdən olub”. Əziz Əlibəyli bu şəxsin Albaniyaya rəhbərlik edənlər qədər strateji məsələləri bilməsini xüsusi vurğulayır. “Belə nəticəyə də gəlmək olar ki, bu şəxsin Fransa sivilizasiyası üzrə mütəxəssis olması çox faydalıdır. Bizim Fransa ilə problemlə bağlı bu cür mütəxəssislərin olmağı önəmli rola malikdir”.

ÇİNARƏ MURADOVA