HƏMVƏTƏNLƏRİMİZƏ TƏZYİQ GÖSTƏRƏN ERMƏNİLƏR HƏBS EDİLDİLƏR

Bölmə: Siyasət › ,
Tarix: 22:48 17.08.2023

  Nyu-Yorkda ermənilər soydaşlarımıza qarşı təxribat törədiblər. Qondarma ölkənin bayraqları ilə Azərbaycanlılara hücum ediblər. Nyu-York polisi təxribat törədən erməniləri həbs edib.

  Azərbaycan icmasının BMT-nin mənzil qərargahı önündə keçirdiyi aksiyada Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz ediblər. Azərbaycan bayraqları və plakatları ilə əraziyə gələn aksiya iştirakçıları BMT təhlükəsizlik şurasından ədalət tələb ediblər. Aksiya zamanı Ermənilər həmvətənlərimizə qarşı təxribat törədib. Onlar əllərində plakatlar və qondarma rejimin bayraqları ilə aksiya iştirakçılarına hücum ediblər. Yoldan keçən maşınların qarşısı kəsilib və həmvətənlərimizə qarşı təzyiq göstərilib. Qarşıdurma zamanı əraziyə Nyu-York polisinin əməkdaşları gəlib. Azərbaycanlılara təyziq göstərən ermənilər polisə yalan məlumatlar verərək özlərini müdafiə etməyə çalışıblar. İnsidentə dair foto və video görüntüləri izləyən polis Cobanyan Sulyanı həbs edib. Özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni vətəndaşı isə sorğu üçün polis bölməsinə aparılıb.

  Politoloq Fuad Çıraqov deyir ki, ermənilər BMT-nin Təhlükəsizlik Şurasının iclasından istədikləri nəticəni almadıqları üçün bu cür təxribatların sayını artırmaqla beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışacaqlar. “Bu, ermənilərin həməvətənlərimizin dinc aksiyasına qarşı törətdiyi ilk təxribat deyil. 3 il əvvəl Londonda azərbaycanlıların Ermənistan səfirliyi önündə keçirdiyi dinc aksiya zamanı da ermənilər təxribat törədib”.