ERMƏNİSTAN ÜÇÜN FİASKO

Bölmə: Siyasət › ,
Tarix: 22:49 17.08.2023

   Ermənistan hakimiyyətinin sonuncu təxribatı da öz bəhrəsini vermədi. BMT Təhlükəsizlik Şurasından böyük gözləntiləri olan Fransa-Ermənistan ikilisi özləri də bilmədən Azərbaycanın diplomatik qüdrətini bir daha bütün dünyaya göstərmiş oldu. Sadə dillə desək, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Ermənistan diplomatiyasının növbəti iflası kimi tarixin yaddaşında qalacaq.

   Rəsmi İrəvanın, erməni diasporu və lobbisinin, eləcə də ermənipərəst dairələrin Azərbaycana yönəlmiş iddilarının əsassız olduğu beynəlxalq tribunada da isbat olundu. Qarabağda yaşayan erməni əhalinin "blokada"da olması, həmçinin aclıqla üzləşməsi barədə İrəvanın yalanları faktlarla alt-üst edildi. İstər BMT nümayədələri, istərsə də digər beynəlxalq siyasi dairələr ermənilərin humanitar məsələ kimi təqdim etməyə çalışdığı "şou"nun əslində Azərbaycana, onun suverenliyinə təxribat xarakterli siyasi kampaniya olduğunun şahidlik etdilər. Bir sözlə Ermənistanın məkirli şousu rəsmi İrəvanın ifşası, xarici işlər naziri Ararat Mirzoyanın və ümumilikdə Ermənistan diplomatiyasının beynəlxalq arenada növbəti məğlubiyyətidir.

   Milli Məclisin üzvü Hikmət Babaoğlunun sözlərinə görə, iclas bir daha onu göstərdi ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasını öz əməllərinə ortaq etmə cəhdləri uğursuz oldu. “Bu, ermənilərin sonuncu təxribatlarından biri hesab edilə bilər. Çünki onlar düşünürdülər ki, müharibə bitəndən sonra növbəti 3 il ərzində hansısa beynəlxalq təşkilatdan sənəd əldə etməklə Azərbaycan üzərində təyziq yaratsınlar. Beləliklə, uğursuz diplomatiya zolağından çıxıb yenidən özlərinin separatçı ideyalarını dirşəltməyə başlasınlar.Ancaq bu olmadı”.

   BMT TŞ-nin iclasında təkcə Ermənistan deyil, İrəvanın əsas havadarı Fransanın da ciddi səyləri nəticəsiz qaldı. Qeyd edək ki, bu Fransa-Ermənistan cütlüyünün BMT-də qarşılaşdığı ilk uğursuzluq deyil. Ötən ilin dekabrında da Qarabağ məsələsini n BMT TŞ-da müzakirəsinə cəhd edən ikili eyni ssenari ilə üzləşib. Ekspertlərin fikrincə, iclasın müzakirədən uzağa getməyəcəyi əvvəldən məlum idi. Millət vəkili Aydın Hüseynovun fikrincə, əks təqdirdə İrəvanın oyununa aldanaraq qəbul ediləcək hansısa sənəd BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyini sübut edəcəkdi. “Ermənistan artıq demək olar ki, tamailə iflas oldu. Ermənistan qərar qəbul olunacağını düşünürdü. Hətta öz gücünə yox, xüsusilə Fransa və ABŞ-nin çıxışları əsasında sənəd qəbuluna ümid edirdi. Amma belə olmadı və bu Azərbaycanın növbəti diplomatik qələbəsidir”.

  Ermənistanın növbəti iflası olan BMT TŞ-nin toplantısı Azərbaycan diplomatiyası üçün əzələ nümayişi oldu.