"Bu qondarma təsisatın elan olunması səhv addım idi" - Politoloq "Göyçə-Zəngəzur Respublikası"nın ləğvindən DANIŞDI

Bölmə: Siyasət › ,
Tarix: 18:17 18.08.2023

   Qanunsuz yaradılan dırnaqarası respublikanın qanunsuz fəaliyyəti nədən ibarət idi? Politoloq Elçin Mirzəbəyli İnformator.az-a açıqlamasında sözügedən qondarma respublikanın yaradılmasını səhv addım adlandırıb. "Göyçə-Zəngəzur Respublikası" adlı qondarma təsisatın "elan" olunmasının öncədən səhv olması, yaxud Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün apardıqları hüquqi mücadiləyə zərbə vurmaq üçün yaradılması bəlli idi. Bu prosesdə hansı maraqların olduğu, düşünürəm ki, zamanla ortaya çıxacaq”. Elçin Mirzəbəylinin sözlərinə görə, Qərbi Azərbaycanlılar arasında, hətta ölkəmizdən kənarda kifayət qədər yaxşı tanınan siyasət, elm və mədəniyyət adamları olduğu halda, kimsənin tanımadığı, zədəli reputasiyaya, şübhəli əlaqələrə malik bir qrup insanın kifayət qədər ciddi, həyati bir məsələni qeyri-ciddi, qondarma bir təsisatın timsalında təqdim etmələrini özbaşınalıq kimi dəyərləndirmək lazımdır. Siyasi şərhçi qeyd edir ki, Qərbi Azərbaycanlıların qanuni təmsilçisi yalnız Qərbi Azərbaycan icmasıdır: "Qənaətimə görə, bu kimi məsələlər ciddi şəkildə araşdırılmalıdır. Qərbi Azərbaycanlıların qanunu təmsilçisi Qərbi Azərbaycan icmasıdır və milli hədəflərimizin yanında olan hər kəs icmanın fəaliyyətini dəstəkləyir".

 

Fatimə Mustafayeva