ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİLƏN İTKİN DÜŞƏNLƏRİN SİYAHISI AÇIQLANDI

Bölmə: Siyasət › ,
Tarix: 21:34 18.08.2023

  Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin adları məlum olub. Onlar İbrahimov Vəliyyəddin Səhləb oğlu, Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağır oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Qarayev Qafar Qənbər oğlu, Hüseynov Əli Heydər oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Mikayılov Baba Balakişi oğlu, İsayeva Sənəm Həsən qızı, Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Kamal oğlu, Allahverdiyev Şəmsəddin Əvəz oğlu, Məmmədov Əsəd Məmməd oğlu. Bu şəxslərdən 7 nəfəri 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində, 4 nəfəri 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfəri isə 1993-cü ildə Füzuli rayonunda itkin düşənlərdir. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxsdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundovun sözlərinə görə, şəxsiyyəti müəyyən edilən itkin düşənlərin iki nəfəri artıq dəfn olunub. “İbrahimov Vəliyyəddin Səhləb oğlu artıq dəfn olunub. 9-cu İsayeva Sənəm Həsən qızı bu da bu il Kəlbəcər şəhərinin qəbiristanlığında dəfn olunub. 13-cü Allahverdiyev Şəmsəddin Əvəz oğlu, 14-cü Hüseynov Əli Heydər oğlu və 15-ci Məmmədov Əsəd Məmməd oğludur, son 3-cü şəxs barəsində səhiyyə nazirliyinin məhkəmə tibbi və pataloji anatomiya birliyi tərəfindən rəy yoxdur, rəy verildikdən sonra biz onları ailələrə təhvil verəcəyik”.

  2020-ci il noyabrın 10-dan avqustun 18-dək azad edilmiş ərazilərdə 500-ə yaxın insan meyiti qalıqlarının olduğu məzarlıqlar aşkarlanıb. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları müəyyən olunub.