Hikmət Hacıyev: "France 24" agentliyinin dərc etdiyi məqalə obyektivlikdən uzaqdır
Bölmə: Siyasət › ,Tarix: 14:10 21.08.2023
Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.
İnformator.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşımında bildirib. Qeyd edib ki, “France24“ agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse-in 2020-ci ildə çəkdiyi və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24“ həmin şəkli “erməniləşdirib”.“
Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, deyə Hikmət Hacıyev vurğulayıb.