"Laçın" marketin alıcıları aldatmasının qarşısı alınıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:58 11.03.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus "Laçın" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

İnformator İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülüb.