İRƏVAN-MOSKVA ƏLAQƏLƏRİNDƏ ROMA STATUTU ƏNGƏLİ
Bölmə: Siyasət › ,Tarix: 12:36 04.10.2023
Ermənistan Roma statutunu ratifikasiya etdi. Uzun müddətdir ratifikasiyanı planlaşdıran Paşinyan, nəhayət ki, məqsədinə nail oldu. Bəs, atdığı bu addım İrəvan üçün necə nəticələnəcək?
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etdi. Qanunverici orqanın səsvermədə iştrak edən 82 deputatından 60-ı layihənin lehinə səs verdi. Nəzərə alsaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında əsas məqsəd insanlığa qarşı törədilən, müharibə, təcavüz cinayətlərində ittiham edilən şəxsləri araşdırmaq və mühakimə etməkdir. Amma Azərbaycana qarşı 30 ildir terror əməlləri törədən Ermənistanın bu addımı atmağı maraq doğurur. İrəvanın verdiyi bu qərardan sonra diqqət yönəlir Rusiyaya. Siyasi şərhçi Mətin Məmmədlinin fikrincə, Ermənistanın sənədi qəbul etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. “2 ölkə arasında, yəni Ermənistanla Rusiya arasında münasibətlərin daha da korlanacağı ehtimal ediləndir, gözləniləndir. Bildiyimiz kimi, Beynəlxalq Cinayət məhkəməsi Rusiya prezidenti haqqında həbs orderi çıxarıb, həbs qərarı çıxarıb. Müharibə cinayətlərtində və s. Cinayətlərdə ittiham edir. Və bu səbəbdən də Rusiya prezidentinin artıq o deməkdir ki, Ermənistana artıq səfəri bu qərarın təsdiq edilməsiylə hüquqi olaraq əıngəllənir. Və bu da nəticə olaraq qeyd etdiyimiz kimi ilk növbədə onsuz da gərginləşən münasibətyləri daha da gərginləşmçəsinə hesab edirəm ki, səbəb olacaq”.
Mövcud şəraitdə Ermənistan üçün Roma Əsasnaməsinin ratifikasiyası açıq şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək deməkdir. Belə ki, 1999-cu ildən etibarən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalasa da, onu ratifikasiya etməyən Ermənistanın indi addım atması məqsədyönlüdür. Mütəxəssislərin fikrincə, İrəvanın bu addımı atmasında maraqlı olan dairələr var. Bunların içərisində Qərbin mövqeyi xüsusilə seçilir.
RƏQSANƏ