Rusiya Azərbaycana qarşı siyasi tələ qurur-Cümşüd Nuriyev

Bölmə: Siyasət › ,
Tarix: 19:39 04.10.2023

“Rusiya Qarabağı tərk edən sakinlərin bir hissəsinin geri dönməyi planlaşdırması barədə məlumatlar əldə edir”.
Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya bu prosesi dəstəkləyəcək: “Qarabağ sakinlərinin bir qismi buna şərait yaradılarsa və təhlükəsizlikləri təmin olunarsa, geri qayıtmağı düşünür”. 

Məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı, siyasətçi Cümşüd Nuriyev İnformator.az-a açıqlamasında deyib ki, Mariya Zaxarovanın Azərbaycan adından bu cür çıxış etməyə səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bu tapşırıq Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən verilib.

“Məqsəd, Rusiyanın siyasətini həyata keçirən sülhməramlıları Qarabağa geri qaytarmaqdır. Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazırdır. Rusiya çalışır ki, burada uzunmüddətli qalsın. Bu problem Cənab Prezidentin həll edəcəyi məsələdir. Azərbayvan bu məsələdə çox ehtiyatlı olmalıdır. Çünki Rusiya bölgədə öz daimi statsunu qəbul etdirmək istəyir. Amma Rusiya dərk etmir ki, Azərbaycanla 22 fevral 2022-ci ildə 43 bəndli ikitərəfli bəyənnamə imzalayıb. Azərbaycan Prezidentin öz imzasını daim hörmətlə dəstəkləyib. Rusiya Cənubi Qafqazda öz siyasətini davam etdirirsə, ən yaxşısı ikitərəfli bəyənnamə ortaya qoymaqdır. Sülhməramlılar müvəqqəti olsa belə, onlar istəyir ki, ermənilərin sayı artsın, təhlükəsizlikləri təmin edilsin, Qarabağda məskunlaşsınlar. Bununla belə, Azərbaycan uğurlu xarici siyasət yeridir. Amma Rusiyanın Ermənilərlə uzunmüddətli çəkişmələrdən sonra bu qədər yaxınlığı, bizə qarşı yönəldiləcək siyasi tələdən xəbər verir. Rusiyanın siyasəti uğurlu alına da bilər, alınmaya da bunu zaman göstərəcək. Təbii ki, Cənab Prezident bu siyasətin baş tutmaması üçün müəyyən addımlar atacaq”.

Aytac Abdullayeva