Əgər bu hal baş tutsa, Qarabağ münaqişəsi yenidən alovlanacaq-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 18:23 05.10.2023
“Rusiyanın indiki mövqeyi daha düzgündür. Çünki, 2020-ci ildə baş tutan üçtərəfli bəyənnamə Qarabağ münaqişəsinə görə imzalanıb. Azərbaycan bu gün həmin bəyənnaməni sonlandırdı”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, hazırda Qarabağın ərazisində kənar inzibati ərazi yoxdur.
“Qarşı tərəf çox gözəl başa düşür ki, onlar Azərbaycandan asılıdır.
Azərbaycan isə hələki rus sülhməramlılarını ərazidən çıxarmaq məsələsini ortaya qoymayacaq. Əks təqdirdə ermənilər bütün dünyaya hay-küy salacaq ki, bizim orda təminatımız yoxdur və qayıtmırıq. Amma ruslar 3 ildir ki, burada idi və ermənilərin təhlükəsizliyin onlar təmin etdilər. Rus sülhməramlıları ərazidən çıxsa, BMT Avropa və Fransanın təkidi ilə ölkəyə beynəlxalq sülhməramlılar göndərəcək. Əgər bu hal baş tutsa, Qarabağ münaqişəsi arxivdən çıxacaq, problemlər günü-gündən artacaq. Hazırda Azərbagcanı növbəti 2 ildə heç bir problem gözləmir. Azərbaycan və Rusiya arasında 22 fevral 2022-ci ildə imzalanan 43 maddəlik bəyənnaməyə əsasən, strateji cəhətdən onlarla əməkdaşlığımız var, münasibətlərimiz ötən illərə nisbətən, çox yaxşıdır”.
Rahidə Nağıyeva