Xankəndi universitet şəhərinə çevrilməlidir-Ekspert detalları açıqlayır
Bölmə: Siyasət › ,Tarix: 15:10 06.10.2023
“Azərbaycanın işğaldan azad edilmiş bütün bölgələri ilə bağlı böyük qayıdış planından əlavə, hədəfli detalları da olmalıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O, eyni zamanda Xankəndinin gələcək fəaliyyəti barədə də fikir bildirib.
“Azərbaycanlıların Xankəndidə yerləşməsi üçün kifayət qədər imkanlar var. Qayıdış vaxtı həmin ərazilərdə təkcə, keçmişdə Xankəndidə yaşayanlar yox, bütün Azərbaycan əhalisinin əraziyə köçməsi üçün şərait yaradılmalıdır. Bu məqsədlə, düşünürəm ki, Xankəndi universitet şəhərinə çevrilməlidir. Həmin ərazidə Ali təhsil müəssisələrinin inşası üçün addımlar atılsa, gələcəkdə böyük universitetlərin filialı da Xankəndidə fəaliyyət göstərəcək. Minlər tələbənin orada təhsil alması inkişaf baxımdan da çox faydalı olacaq”.
Günel Verdiyeva