Rusiya Bakı ilə dialoq əsasında öz silahlı qüvvələrini bölgədən çıxaracaq-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 15:48 06.10.2023
“Rusiya hərbi kontingentinin Qarabağdakı yollarda postlarının ləğv edilməsi prosesi I mərhələ kimi qiymətləndirilir”.
Bu ifadəni İnformator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu dilə gətirib. Onun sözlərinə əsasən, növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsi nəzərdə tutulub.
“Gələcək fəaliyyətdə rus sülhməramlılarına daha ehtiyacı yoxdur. Azərbaycan ordusu və polisi Qarabağın tamamına nəzarət edir. Xankəndidə belə bizim hüquq-mühafizə orqanlarımız yerləşdirilib. Düşünürəm ki, yaxın müddətdə Rusiya da Bakı ilə dialoq əsasında öz silahlı qüvvələrini bölgədən çıxaracaq. Rusiyanın rəsmiləri belə öz çıxışlarında bu məsələni dilə gətirib”.
Ayhan Ağarzayev