ÜÇTƏRƏFLİ GÖRÜŞDƏ HANSI MƏSƏLƏLƏRƏ TOXUNULACAQ?

Bölmə: Siyasət › ,
Tarix: 20:56 06.10.2023

İlham Əliyev və Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər. Baş tutacaq görüşdə hansı məsələlərə toxunulacaq? Politoloq Natiq Miri bu barədə açıqlama verib. 

 

Politoloq deyir ki, burada əsas müzakirə olunacaq məsələ Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətni razılaşdırılması olacaq. "Əsas əngəl olan Qarabağ məsələsi aradan qaldırıldığı üçün sülh müqaviləsinə yaxınlaşmaq daha asandır. Azərbaycan 1975-ci il deyil, 1920-ci il xəritələrinə uyğun olaraq sərhədlərin müəyyənləşməsini istəyir. Avropanın Qranadada verilən bəyənatda Ermənistanın maraqları və istəkləri ilə qoşulların sərhəddən güzgü xarakterli geri çəkilmək məsələsi tələb olunur. Azərbaycan sərhədlərdə bütün strateji mövqeləri öz əlində saxlayır. Azərbaycan Ermənistan ərazisini öz müşahidə nəzarətində saxlaya bilir". 

 

Bəs bu Azərbaycana nə qazandırır? Natiq Miri əlavə edir ki, "Azərbaycana bu üstünlük vəd olunur ki, gələcəkdə əgər Ermənistanı Fransa kimi havadar dövlətlər silahlandırıb Azərbaycanın üstünə növbəti dəfə təhrif edərlərsə Azərbaycan bu yüksəkliklərdən Ermənistan ordusunun bütün qalıqlarını zərərləşdirmək imkanı əldə edir". 

 

Müsahib bildirir ki, "sülh müqaviləsinin imzalanması Azərbaycan dövləti üçün olmazsa-olmaz deyil. Azərbaycan Qarabağ problemini həll etdi, ərazi bütövlüyü bərpa olundu, Azərbaycan dövlətin enerji axınının qarşısını aldı və ölkə bütövləşdi. Sülh istəyirlərsə Azərbaycanın ədalətli şərhlərini qəbul etməlidirlət". 

 

Çinarə Muradova