Daha bir ölkə HƏMAS-ı dəstəklədi
Bölmə: Siyasət › ,Tarix: 19:47 07.10.2023
Suriyanın Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının İsrailə hücumlarını dəstəkləyib.
İnformator.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA məlumat yayıb
“Suriya Fələstin xalqına və sionist terrorizmlə mübarizə aparan qüvvələrinə dəstəyini bir daha təsdiqləyir və Fələstinin arzu olunan qələbəyə yaxın olduğunu vurğulayır”, - bəyanatda deyilir.
Xatırladaq ki, bundan əvvəl İran da HƏMAS-a dəstək ifadə edib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə raket zərbələri endirməyə başlayıb, 5 min raketin atıldığı bildirilir. HƏMAS yaraqlıları İsrailin məskunlaşdığı ərazilərə daxil olaraq insanları girov götürüblər. Toqquşmalar nəticəsində yüzlərlə şəxs ölüb və yaralanıb./APA.az