Ermənilərə etibar etməsək də, onlarla birgə yaşamağa davam etməliyik-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 15:33 09.10.2023
“Dünyada erməni xəstəliyi deyilən real bir xəstəlik mövcuddur. Erməni xəstəliyi, toplumun yüz illərlə yaydığı nifrət, kin, ədavətə meyllilik, özündən tarix uydurma kimi şaiyələrə inanmasıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın işğal altında qalan bir kəndində, 10 il öncə məskunlaşan erməni yerli xalqımıza çox rahat şəkildə öz soykökünün yüz illlərlə bu ərazilərdə yaşaması iddiasını irəli sürəcək.
“Yüz illərdir ki, ölkəmiz erməni əzab-əziyyətinin təsirində yaşamağa məcbur qaldı. Cənab Prezidentin uğurlu, düşünülmüş siyasəti, 44 günlük müharibə, son günlərdə həyata keçirilən lokal antirerror tədbirləri bütün dünya regionunda ermənilərin bel sütununu sındırdı. Azərbaycan respublikası öz dövlət suverenliyini tamamilə bərpa etdi. Bu gün real siyasətdə Azərbaycan öz ərazisində yaşayan erməni vətəndaşlarının cəmiyyətimizə reinqteqrasiya olunması prosesi ilə məşğuldur. Bu barədə xalq qətiyyətlidir. Erməni vətəndaşları milli konstitusiyanı qəbul edib, ərazimizdə yaşamağı seçsə, özünə gələcəkdə layiqli həyat quracaq. Kimlər ki, bizimlə yaşamaq istəmir, ölkəmizi tərk edir onların yolu açıqdır. Kimin ürəyi hansı ölkədə və ərazidə yaşamaq istəyirsə, yaşaya bilər. Amma ermənistan bizimlə qonşu olduğuna görə, hər iki tərəfdə başqa yerə köçən deyil. Bu taleyimizlə barışaraq ermənilərlə qonşu kimi yaşamalıyıq. Xalqımıza, insanlığa qarşı törətilən soyqırımlar, terror hadisələri faktlarına baxmayaraq, Azərbaycan, ərazilərimizdə məskunlaşan erməni əhalisini cəmiyyətimizin ən yuxarı hissəsinə kimi gətirib və onlar bölgələrimizdə gözəl həyat yaşayıblar. Erməni xalqı ilə ədavət və kinimiz yoxdur. Bizim ədavətimiz seperatçılar, terrorçular, canilərə yönəlidir. Biz ermənilərə etibar etməsək də, onlarla birgə yaşamağa davam etməliyik. Vətəndaşlığımızı qəbul edərək, ərazimizdə yaşayan erməniləri layiq şəraitdə yaşamasını təmin etməliyik”.
Sosioloq Əhməd Qəşəmoğlu isə ermənilərin tarix boyu özünü bütün dünyaya etibarsız millət kimi tanıtmasını qeyd edib.
“Biz istəsək də, istəməsək də tarixi şərait elə gətirib ki, ermənilərlə birgə yaşamağa məhkum olduq. Baxmayaraq ki, ermənilərdə insan övladıdır. Amma bütün tarixi keçmiş göstərir ki, bu insanlara etibar etmək olmaz. Onlarla birgə yaşasaq da, daim ehtiyat etməliyik.
Biz ermənilərlə bir xəstə qonşu kimi dolanmalı, ehtiyatlı olmalıyıq. Bu insanların psixologiyasındakı etibarsızlığın aradan qaldırılması üçün onlara qarşı humanist addım ataraq, yardımçı olmalıyıq. Ermənilərin tarix boyu ədavət yaşadığı,nə azərbaycanlılar, nə türklər, nə də ruslar arasında onlara arxayın olan tərəf yoxdur. Sadəcə bilməliyik ki, bu adlı qonşumuz var, onlarda bizim kimi insandır”.
Həcər Əmiraslanlı