Tehran düyməyə basdı -“Əqsa tufanı” adlı əməliyyat başladı

Bölmə: Siyasət › ,
Tarix: 15:04 10.10.2023

Xəbər verdiyimiz kimi, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli hücuma başlayıb.

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək oranı ələ keçirib.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

İsrail-Fələstin xəttində toqquşmalar şiddətlənib. Hər iki tərəfdən mülki əhalinin itkiləri artır.