44 gün olmasa da, 14 gün ərzində İsrail tamamilə Qəzza bölgəsini çökdürəcək-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 21:59 11.10.2023
Fələstin-İsrail münasibətlərində müşahidə edilən gərginliyin kökü eramızdan əvvələ gedib çıxır. Quranda belə Fələstinlə bağlı heç bir fikir yoxdur. Quranda ancaq İsrail oğulları və onların yaşadığı əraziləri müqəddəs yer - səmadan enmiş yer kimi təqdim edirlər. Quranda adı keçən 25 yəhudi əsilli peyğəmbərlər yer alır.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib. Politoloq deyir ki, bu xalqı Allah seçibsə, deməli bunun arxasında başqa şey var.
“Ermənilər necə Dağlıq Qarabağa gəlibsə, Fələstində həmin siyasəti yeridir. Burda Asalanın birmənalı şəkildə rolu var. Onun əsas məqsədi İsraili qorxutmaqdır ki, Azərbaycanı dəstəkləməsin. Onlar hər cür vəhşiliyə əl atdılar. İsrail dövləti yaradılanda torpaqların çoxu Fələstinə, az bir hissəsi İsrailə verdi. Bunlar həmin Fələstinlilərdir ki, Türklərin başına nə oyun açdılar, əsir düşən türklərə nə zülmlər etdilər, Osmanlıların başı üzərində torpaqların hər birin qızıl pula ingilislərə, öz yerlərini yəhudilərə satdılar. Fələstinlilər hansı vətəndən danışır? Öz torpaqlarını pula satan millətdi”.
Müsahib qeyd edib ki, hazırda bu işlərin başında duran tərəf, İran-Livan var.
“Bütün hallarda Fələstinin İsrailə hücumu, İsrail üçün Beynəlxalq hüquq müstəvisində “Həmas” və onun yanındakı digər terror qruplarını ləğv etmək şəraiti yaratdı. Bu hərəkəti Ermənistan da Qarabağa qarşı edib, hansı ki, Azərbaycan bu hərəkətdən faydalandı. 44 gün olmasa da, 14 gün ərzində İsrail tamamilə Qəzza bölgəsini çökdürəcək. İsrail Amerikadan sonra 2-ci yerdə duran kəşfiyyat dövlətidir. Azərbaycanda da elə qüvvələr var ki, Fələstini dəstəkləyir. Öz işləridi, amma heç olmasa, tarixə baxsınlar ki, bu Fələstin əldəqayırma Qarabağ saxta qurumunun bayraqlarını əllərinə götürüb, onlara arxa çıxdılar. Amma yəhudilər daim bizi dəstəkləyib. Bu şərautdə biz İsrailin yanındayıq. III Dünya Müharibəsi bu vəziyyətdə baş tutmayacaq. Bu hadisələr İsrail üçün qısamüddətli mübarizədir. İsrail qələbə çalaraq öz ərazi bütövlüyünü genişləndirəcək, Aralıq dənizinə çıxacaq. Orada olan Fələstinlilər İsrailin vətəndaşlığını qəbul etməli olacaq. Fələstin bütün hallarda həmişə əleyhimizə, Ermənilərin yanında olub”.
Politoloq sonda əlavə edib ki, III Dünya Müharibəsi dünyanın sonu olacaq.
“Buna görə, hələki bu barədə addım atılacağını düşünmürəm. Amma İranın parçalanmasına görə Amerikanın layihəsi fəaliyyət göstərəcək. Lazım gəlsə, Suriyanı vuracaqlar, Fələstinlilər yaşayan bölgələrə müdaxilələr baş tutacaq. İsrail genişmiqyaslı plan cızıb və onu həyata keçirir”.
Həcər Əmiraslanlı